Niko Uilyams nəhəng klubların radarına düşüb
25.04.2024 - 12:17
Niko Uilyams nəhəng klubların radarına düşüb

İngiltərə Premyer Liqa təmsilçisi olan "Aston Villa" yay “transfer pəncərəsi” üçün heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırıb.

Apasport.az "Football Espana"a istinadən xəbər verir ki, “Aston Villa” "Atletik Bilbao"nun hücumçusu Niko Uilyamsla maraqlanır. 

Xatırladaq ki, Uilyams ”Çelsi” və “Barselona”nın radarındadır. 

Qeyd edək ki, Niko İspaniya çempionatının bu mövsümündə 3 qol vurub, 8 məhsuldar ötürmə edib.

0