[b]“Atletiko” “İnter”ə “yox” dedi[/b]
28.06.2018 - 16:01
[b]“Atletiko” “İnter”ə “yox” dedi[/b]

“Atletiko” “İnter”in Şime Vrsalkoya görə təklifini geri çevirib. Apasport.az saytının “Sky Italia”ya istinadən məlumatına görə, “İnter” rəsmiləri, idman direktoru Andrea Bertoyla görüş zamanı xorvatiyalı müdafiəçinin icarəyə götürülməsini təklif ediblər.

 

Ancaq sözügedən variant Madrid klubunun ürəyincə olmayıb. “Atletiko” yalnız yüksək transfer məbləği qarşılığında birbaşa satışın tərəfdarıdı.

 

2017-18 mövsümündə La Liqada 29 matçda meydana çıxan Şime Vrsalko 5 məhsuldar ötürmə ilə yadda qalıb.