“Atletiko” Lorenteni “Əl-Əhli”yə satır
02.08.2023 - 18:43
“Atletiko” Lorenteni “Əl-Əhli”yə satır

Markos Lorente karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, onun “Əl-Əhli”yə keçidi ilə bağlı razılıq əldə olunub.

“Atletiko”nun 28 yaşlı yarımmüdafiəçisi tibbi müayinədən keçəcək. Bundan sonra Lorente müqaviləyə imza atacaq. İspaniya klubu bu transferdən 20 milyon avro qazanacaq.

Qeyd edək ki, Markos ötən mövsüm “Atletiko”nun heyətində La Liqada keçirdiyi 22 matçda 1 qol vurub.

0