[b]“Atletiko”dan 4-cü transfer[/b]
25.07.2018 - 14:13
[b]“Atletiko”dan 4-cü transfer[/b]

Yay transfer dönəminin fəal komandalarından olan “Atletiko” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “Sportinq”in yarımmüdafiəçisi Jelson Martinş Madridə köçüb.

 

Portuqaliya millisinin üzvü İspaniya nəhənginə havayı başa gəlib. Çünki vingerin “Sportinq”lə müqavilə müddəti başa çatıb və o, azad agent kimi “Atletiko”ya keçib. 23 yaşlı hücumameylli futbolçu madridlilərlə 6 illik müqavilə imzalayıb. Onun müqaviləsinin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, “Atletiko” Jelsona qədər Antonio Adan, Toma Lemar və Rodriqonu transfer etmişdi.

0