"Atletiko"nun futbolçusu Türkiyə yolunda
14.07.2025 - 15:06
“Atletiko Madrid”in futbolçusu Saul Niqez karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Trabzonspor”a keçməyə hazırlaşır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hazırda Super Liqa klubu ispaniyalı futbolçu ilə danışıqlar aparır. Onun “Atletiko” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Saul son mövsümü icarə əsasında "Sevilya"da keçirib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0