İspaniya La Liqa təmsilçilərindən "Atletiko Madrid" yay "transfer pəncərəsi"ndə heyətini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Xulian Alvarez Madrid klubunun əsas transfer hədəflərindən biridir.
2021-2022-ci il mövsümündə 21 milyon avro qarşılığında Alvarezi heyətinə qatan "şəhərlilər" onun satışında pul itirmək niyyətində deyil.
Argentinalının "Transfermarkt" portalında hazırkı dəyəri 90 milyon avro olaraq qiymətləndirilib.
"Atletiko isə hələ ki, rəsmi təkliflə İngiltərə klubunun "qapısını döyməyib".
"River Pleyt" klubunun yetirməsi olan 24 yaşlı Xulianın da daha çox forma şansı görəcəyi komandaya getmək istədiyi bildirilir.
Belədə, rəsmi və "tutarlı" təklif gələcəyi təqdirdə Mançester təmsilçisi futbolçunun gedişinə mane olmayacaq.
Qeyd edək ki, Alvarez "Mançester Siti" formasıyla bu mövsüm Premyer Liqada 11 qol, 9 asistlə yadda qalıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”