[b]Avropa Liqası: 6 oyunda 4 heç-heçə [/b]
29.06.2018 - 00:55
[b]Avropa Liqası: 6 oyunda 4 heç-heçə

[/b]

Avropa Liqasında ilkin mərhələnin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, iki gün öncə start götürən turnirdə daha 6 matç keçirilib.

 

Maraqlıdı ki, qarşılaşmaların 4-ü eyni hesabla nəticələnib. Belə ki, 4 matçda 1:1 hesabı qeydə alınıb. Digər görüşlərdə isə 3 top vurulub.

 

Avropa Liqası

İlkin mərhələ

“Avropa” (Cəbəllütariq) - “Priştina” (Kosovo) – 1:1

Karreno, 45 (pen.) – Korenitsa, 50

“Enqordan” (Andorra) - “Folqore” (San-Marino) – 2:1

Sellay, 39, Ruiz, 86 – Semeraro, 72

“B36 Torshavn” (Farer adaları) - “Sent-Jozef” (Cəbəllütariq) – 1:1

Çisleviç, 33 – Boro, 41 (pen.)

“Birkirkara” (Malta) - “Klaksvik” (Farer adaları) – 1:1

Mifsud, 72 – Pavloviç, 88

“Tre Fiori” (San-Marino) -  “Bala Taun” (Uels) – 3:0

Mile, 7 (avtoqol), Prakuççi, 32, Vassallo, 36

“Kevn Druids” (Uels) - “Trakai” (Litva) – 1:1

Devis, 48 – Kazlauskas, 86

 

Qeyd edək ki, iki gün öncə keçirilən “Sent Culia” (Andorra) - “Qzira Yunayted” (Malta) matçında qonaqlar 2:0 hesabı ilə qalib gəlmişdi.