“Qarabağ”la görüşdə yeni sistemi sınaqdan keçirdim. Futbolçularım verilən tapşırıqları yerinə yetirdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Vaker İnsburq”un baş məşqçisi Karl Daksbaxer deyib.
O, yerli mətbuata açıqlamasında “Qarabağ”la dünən keçirilən yoxlama görüşünü dəyərləndirib. 65 yaşlı mütəxəssis 0:0 hesabı ilə nəticələnən qarşılaşmadakı mübarizədən məmnun qalıb.
Daksbaxer Ağdam təmsilçisinin güclü hücum xəttinə malik olduğunu da vurğulayıb: “Bu dəfə 3-4-3 sxemindən yararlandım. Müdafiədə kompakt və etibarlı oyun sərgilədik. Rəqib də olduqca güclü komanda idi. Üstəlik, onların fərdi keyfiyyətləri yüksək olan hücum oyunçuları var. Ancaq “Qarabağ”a qarşı yaxşı mübarizə apara bildik. Azərbaycan klubu ilə görüşdə tətbiq etdiyim sistem bizə uyğundu. Sadəcə, bunu tənzimləmək lazımdı. Hücumda bir qədər “dişsiz” görünməyimiz məni narahat etmir. Patrik Elerin oyun praktikası az olsa da, bir neçə qol vəziyyəti yarada bildi”.