Niderlandın "Ayaks" klubu almaniyalı yarımmüdafiəçi Yulian Brantın transferini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, 30 yaşlı futbolçu Amsterdam təmsilçisi ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb. O, kluba azad agent kimi qoşulub.
"Borussiya" ilə müqaviləsi başa çatan Brant Almaniya klubunda keçirdiyi yeddi mövsüm ərzində 300-dən çox oyuna çıxıb.
O, bu müddətdə Almaniya Kubokunu qazanıb və UEFA Çempionlar Liqasının finalına yüksəlib.
"Ayaks"ın texniki direktoru Yordi Kroyf transferlə bağlı bunları deyib:
"Bir neçə aydır onunla danışıqlar aparırdıq. Yulian başqa klublardan da təklif almışdı. Onun təcrübəsi və qalib mentaliteti komandamıza böyük fayda verəcək".
Qeyd edək ki, Brant karyerası ərzində "Volfsburq", "Bayer" və "Borussiya" klublarında çıxış edib. Almaniya millisinin heyətində isə 48 oyun keçirib.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”