“Ayaks” yetirməsini qaytarır
04.07.2022 - 23:19
“Ayaks” yetirməsini qaytarır

“Tottenhem”in futbolçusu Stiven Berqveyn Niderlanda qayıtmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu yetirməsi olduğu “Ayaks”a keçməyə yaxındır.

Rişarlisonun transferindən sonra “Tottenhem”də əsas heyətə düşmək şansını itirdiyini başa düşən Niderland millisinin üzvü amsterdamlıların təklifini müsbət cavablandırıb. “Ayaks” ilk olaraq 23 milyon avro təklif etsə də, ingilislərin tələbi 29,9 milyon olub. Klubların yaxın günlərdə anlaşması gözlənilir.

Qeyd edək ki, Stiven Berqveyn “Tottenhem”ə 2020-ci ildə PSV-dən 30 milyon avroya keçib. O, London klubunun heyətində 83 oyunda 8 qol vurub.
 

0