Ayın ən yaxşı baş məşqçisi bəlli oldu
02.02.2024 - 12:37
Ayın ən yaxşı baş məşqçisi bəlli oldu

“İnter”in çalışdırıcısı Simone İnzaqi İtaliya çempionatında yanvar ayının ən yaxşı məşqçisi adına layiq görülüb.

Apasport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu titula cari mövsüm ikinci dəfə yiyələnib. İtaliyalı ötən ilin dekabrında da ayın ən yaxşı baş məşqçisi seçilib.

Qeyd edək ki, yanvarda “İnter” “Verona” (2:1), “Montsa” (5:1) və “Fiorentina”nı (1:0) məğlub edərək 3 turdan 9 xalla ayrılıb.

Həmçinin, İnzaqinin komandası İtaliya Superkubokunun sahibi olub.

0