Azarkeşlər Serbiya klubunun baş məşqçisinə hücum ediblər - FOTO
24.09.2024 - 09:54
Azarkeşlər Serbiya klubunun baş məşqçisinə hücum ediblər - FOTO

Serbiya Superliqasının 9-cu həftəsində "Partizan" doğma meydanda "Srvena Zvezda"ya 4:0 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, “Partizan” azarkeşləri matçdan sonra soyunub-geyinmə otağına basqın ediblər.

Hadisə nəticəsində "Partizan"ın baş məşqçisi Aleksandr Stanojeviç xəsarət alıb. Onun qaşının üstündə və burnunda sıyrıq var.

Qeyd edək ki, qarşılaşmadan əvvəl bir qrup naməlum şəxs "Partizan"ın stadionunu yandıraraq sındırılmış şüşələri meydana səpələyib.

0