[b]Azərbaycan – İran oyunlarının hakimləri açıqlandı [/b]
06.07.2018 - 11:41
[b]Azərbaycan – İran oyunlarının hakimləri açıqlandı
[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İran yığmaları arasında oyunların hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 7-də və 10-da baş tutacaq görüşləri təmsilçilərimiz idarə edəcək.

 

“Dalğa Arena”dakı ilk oyunda Rəhim Həsənov fit çalacaq. Bakı Olimpiya Stadionundakı ikinci matçda isə baş hakim Orxan Məmmədov olacaq.

 

Yoxlama oyunları

7 iyul

20:00. Azərbaycan U-17 – İran U-17

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Etibar Həsənov

“Dalğa Arena”

 

10 iyul

20:00. Azərbaycan U-17 – İran U-17

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, Ziya Nəsirov

Bakı Olimpiya Stadionu, məşq meydançası

 

Mənbə: affa.az

0