[b]Azərbaycan komandaları üçün yeni sima[/b]
03.07.2018 - 11:59
[b]Azərbaycan komandaları üçün yeni sima[/b]

“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsində “Proqres”lə ilk matçını idarə edəcək Vyaçeslav Banari Azərbaycan komandaları üçün yeni simadı. Apasport.az saytının məlumatına görə, 43 yaşlı referi ilk dəfə ölkəmizə səfər edəcək.

 

Banari 2003-cü ildən FİFA kateqoriyasını daşımasına baxmayaraq, adətən ilk mərhələlərə təyinat alıb. Daha çox aşağı yaş qrupu üzrə yığmaların oyunlarında ədalət təmsilçisi rolunu oynayan Banari avrokuboklarda ən yaxşı halda Çempionlar Liqasının II təsnifat mərhələsinə göndərilib.

 

Moldovalı referi əsas yığmaların oyunlarına 5 dəfə təyinat alıb ki, bunun 3-ü seçmə mərhələyə, 2-si isə yoldaşlıq görüşünə təsadüf edib.

 

Ümumiyyətlə, Vyaçeslav Banari beynəlxalq arenada 41 oyun idarə edib. O, bu qarşılaşmalarda 173 sarı, 13 qırmızı vərəqəyə əl atıb və 9 dəfə penalti nöqtəsini göstərib.

 

Qeyd edək ki, “Qəbələ” – “Proqres” oyunu iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək.