[b]“Bakıda daha təhlükəli olmalıyıq” – “Olimpiya”nın futbolçusu[/b]
12.07.2018 - 14:00
[b]“Bakıda daha təhlükəli olmalıyıq” – “Olimpiya”nın futbolçusu[/b]

“Oyundan sonra baş məşqçi bizə başımızı yuxarı qaldırmağı söylədi. Bu, hər şeyin sonu deyil. “Stojitse”dəki görüş hələ duelin ilk hissəsidi”. Apasport.az saytının məlumatına görə, bunu “Olimpiya”nın yarımmüdafiəçisi Rok Kronaveter deyib.

 

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ı qəbul edən Sloveniya çempionu meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

 

Yerli mətbuata açıqlamasında qarşılaşmanı dəyərləndirən 32 yaşlı futbolçu bu nəticəyə layiq olmadıqlarını söyləyib. “Olimpiya”nın yeni transferi cavab matçına ümidlə yanaşır: “Bakıda uğur qazanacağımıza inanmalıyıq. Rəqibin bizə qarşı necə oynadığını gördük. Lyublyanadakı görüşdə planımız onlara yüksək səviyyədə pressinq tətbiq etmək idi. Bunu da həyata keçirdik. Oyuna yaxşı hazırlaşmışdıq, lakin alınmadı. Bizim də fərqlənmək üçün imkanlarımız oldu. 2-3 epizodda qol vurmaq üçün şans əldə etdik. Bunları dəyərləndirmək lazımdı. Kifayət qədər təcrübəli rəqibə qarşı başabaş mübarizə apardıq. Göstərdik ki, topa nəzarət edə bilərik. Ancaq qələbə qazanmadığınız zaman bunların bir önəmi qalmır. Bakıdakı cavab görüşündə daha təhlükəli olmalıyıq. Düşünürəm ki, sürpriz edə bilərik. Yaşadığımız müddətdə irəliləyəcəyimizə inanırıq”.

 

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu iyulun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

0