[b]“Baltsan” – “Keşlə” matçının stadionu və saatı açıqlandı[/b]
27.06.2018 - 09:49
“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində “Baltsan”la ilk oyununun stadionu və başlama saatı müəyyənləşib. Apasport.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, qarşılaşma iyulun 12-də Ta Qalidə keçiriləcək.
Milli Stadionda baş tutacaq görüş Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da keçiriləcək.
0
0