Barış Alper Yılmaza Avropadan elçilər: Getmək istəyir
20.06.2025 - 11:39

Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz yay transfer pəncərəsində “Qalatasaray”dan ayrıla bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
25 yaşlı vingerlə maraqlanan komandalar arasında “Vest Hem”, “İnter” və “Leypsiq” kimi klublar var.
İddialara görə, Barış "Qalatasaray" rəhbərliyinə də komandadan ayrılmaq istədiyini bildirib.
Qeyd edək ki, Barış Alper Yılmaz başa çatan mövsümdə 48 oyunda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.
0
0