"Barsa"nın qapıçısı Premyer Liqa yolunda
10.06.2025 - 09:17

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen İngiltərə Premyer Liqa klublarının radarına düşüb.
Apasport.az "Teamtalk"a istinadla xəbər verir ki, “Mançester Yunayted” və “Çelsi” Ter Ştegenin transferində maraqlıdır.
Hər iki Premyer Liqa təmsilçisi də qapıçı mövqeyini gücləndirməyi planlaşdırır.
Qeyd edək ki, ter Ştegen ciddi zədə səbəbindən ötən ilin sentyabrından bu ilin may ayına qədər sıradan çıxıb. 33 yaşlı qolkiper ötən mövsüm cəmi 9 oyun keçirib, ümumilikdə 11 qol buraxıb.
0
0