"Barselona" "Birmingem"ə məğlub olub
01.08.2026 - 10:32
İspaniyanın "Barselona" klubu növbəti yoxlama oyununda İngiltərə təmsilçisi "Birmingem Siti" ilə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatan qarşılaşmanın qalibi penaltilər seriyasında müəyyənləşib.
11 metrlik cərimə zərbələrində daha dəqiq oynayan "Birmingem Siti" 5:4 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Barselona" ABŞ turnesi çərçivəsində daha əvvəl Yaponiyanın "Vissel Kobe" klubunu 3:1 hesabı ilə məğlub edib.
Kataloniya təmsilçisi növbəti yoxlama oyununda Cənubi Koreyanın "Seul" komandası ilə üz-üzə gələcək.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0