[b]“Barselona” “Çelsi”nin 80 milyonluq futbolçusuna elçi düşüb [/b]
03.07.2018 - 14:25
[b]“Barselona” “Çelsi”nin 80 milyonluq futbolçusuna elçi düşüb
[/b]

“Çelsi”nin hücumameylli yarımmüdafiəçisi Villian karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, braziliyalı futbolçu “Barselona”nın “radar”ına düşüb.

 

“Barselona”nın oyun tərzinə uyğun olduğunu düşünən Villian özü də katalon klubuna keçməkdə qərarlıdı. Lakin “Çelsi” onun komandada qalmasında daha çox maraqlıdı.

 

“Zadəganlar” Villianın qarşılığına 80 milyon avro tələb etsə də, “Barselona” tərəfi 56 milyon avoluq təklifində israrlıdı.