"Barselona" ilə ÇL qazandı, indi mağazada işləyir
08.04.2025 - 09:18
"Barselona" ilə ÇL qazandı, indi mağazada işləyir

2014-cü ilin yayında 20 milyon avro qarşılığında "Barselona"ya transfer olunan fransız futbolçu Ceremi Metyu futbolçu karyerasını bitirdikdən sonra fərqli sahədə çalışmağa başlayıb.

Apasport.az xəbər verir ki, 2015-ci ildə "Barselona" ilə Çempionlar Liqasının qalibi olan keçmiş futbolçu hazırda idman mağazasında satış məsləhətçisi işləyir.

Mağazaya gələn müştərilər "Barselona"nın keçmiş ulduzunu gördükdə çox təəccüblənirlər. Bu vəziyyət futbolsevərlər tərəfindən maraqla qarşılanır. 

Fransanın Marsel şəhərində çalışan sabiq futbolçu mağazada işləyərək məşqçilik lisenziyasını almaq üçün təhsil alır.

Qeyd edək ki, "Barselona"da keçirdiyi 3 il ərzində böyük uğurlar qazanan Ceremi 2015-ci ildə Çempionlar Liqasındakı qələbəsi zamanı Kataloniya klubunun müdafiəsində əsas fiqurlardan biri olub.