“Barselona” Martineslə anlaşdı
29.03.2023 - 15:46
“Barselona” Martineslə anlaşdı

“Atletik”in futbolçusu İniqo Martines yayda “Barselona”ya keçəcək.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu keçidi həll edib və müdafiəçi ilə müqavilə imzalanıb.

Futbolçunun anlaşmasında qeyri-adi bənd də yer alıb. Əgər La Liqa qaydaları bu oyunçunu qeydiyyatdan keçirməyə imkan verməsə, İniqo maaşı saxlanılmaqla digər kluba icarəyə veriləcək.

Qeyd edək ki, müdafiəçinin “Atletik”lə müqaviləsi yayda başa çatacaq. O, “Barselona”ya azad agent kimi keçəcək.

0