"Barselona" müdafiəçisini sata bilər
08.04.2025 - 16:48
"Barselona" müdafiəçisini sata bilər

"Barselona"nın 24 yaşlı müdafiəçisi Erik Qarsiya yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, mərkəz müdafiəçisi ilə İspaniyanın digər klubu "Real Sosyedad" maraqlanır.

Qarsiyanın transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir. Erikin "Barsa" ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq.

Qarsiya 2021-ci ildən kataloniyalıların heyətində çıxış edir. İspaniya çempionatının cari mövsümündə müdafiəçi 21 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.