Antuan Qrizmannın “Atletiko”da qalacağını açıqlamasının ardından “Barselona” hücumçu axtarışlarını sürətləndirib. Apasport.az saytının “As”a istinadən məlumatına görə, “Mançester Siti”nin forvardı Qabriel Jezus və PSV-nin ön xətt oyunçusu İrvinq Losano katalon klubunun maraq dairəsinə düşüb.
Nəşr iddia edir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın Qabriel Jezusun transferinə icazə vermə ehtimalı azdı. Bu səbəbdən “Barselona” Losanoya yönələ bilər.
Bununla yanaşı, “Barselona”nın xavbek transferində israr etdiyi, Aleksandr Qolovin (MOİK) və Miralem Pyaniçin (“Yuventus”) isə əsas namizədlər olduğu bildirilir.