"Barselona" "Real"a 4 qol vuran forvardı almaq istəyir
21.05.2024 - 12:18
Aleksandr Sorlot

La Liqa təmsilçisi "Vilyarreal"ın mərkəz hücumçusu Aleksandr Sorlot "Barselona"nın maraq dairəsinə düşüb.

Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

"Blauqrana" 28 yaşlı norveçlini polşalı Robert Levandovskinin əvəzləyicisi kimi nəzərdən keçirir. Lakin hücumçunun qiymət etiketinə görə transferin baş tutma ehtimalı azdır.

Xatırladaq ki, Sorlot “Real Madrid”lə son matçda 4 qol atıb. O, 23 qolla La Liqanın bombardirlik yarışına başçılıq edir.
 

0