“Barselona” Çempionlar Liqasındakı rəqibinin futbolçusuna göz qoyub.
Apasport.az saytı xəbər verir ki, Kataloniya klubu “Antverpen”in yarımmüdafiəçisi Artur Vermeerenə elçi düşüb.
İspanlar bu gün keçiriləcək “Barselona” – “Antverpen” matçında 18 yaşlı futbolçunun oyununu yaxından izləyəcəklər. Onlar Belçika millisinin üzvünü Serxio Busquetsin əvəzləyicisi kimi görürlər. La Liqa təmsilçisinin nümayəndələri futbolçunun transferi ilə bağlı onun agenti ilə əlaqə saxlamaq niyyətindədirlər.
Qeyd edək ki, “Antverpen” futbolçusuna 20 milyon avro qiymət qoyub. Bu mövsüm 9 oyunda iştirak edən Vermeeren 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi