“Barselona”dan ilk transfer
04.07.2022 - 15:41
“Barselona”dan ilk transfer

“Barselona” yay fasiləsində ilk transferini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu yarımmüdafiəçi Frank Kessye ilə münasibətləri rəsmiləşdirib.

Ötən mövsüm başa çatan kimi “Milan”dan ayrılan Fil Dişi Sahili millisinin üzvü İspaniya təmsilçisinə azad agent kimi keçib. 26 yaşlı orta sahə oyunçusu yeni komandası ilə 4 illik müqavilə imzalayıb. Sözləşmədə onun sərbəst qalma məbləği 500 milyon avro kimi göstərilib.

Qeyd edək ki, “Barselona” “Çelsi”dən ayrılan müdafiəçi Andreas Kristensenin keçidini də yaxın günlərdə açıqlayacaq.
 

0