"Barselona"nın baş məşqçi seçimi
28.02.2024 - 09:27
"Barselona"nın baş məşqçi seçimi

"Barselona"da baş məşqçi məsələsində addım-addım sona yaxınlaşılır.

Apasport.az xəbər verir ki, klub rəhbərliyi bu postu tuta biləcək mütəxəssislərin yekun siyahısını açıqlayıb.

İddialara görə, La Liqa təmsilçisi son bir ay ərzində ən maraqlı variantlar haqqında məlumat toplayıb.

Siyahıda 4 mütəxəssisin adı var: Roberto De Zerbi ("Brayton"), Hans-Diter Flik, Julian Nagelsmann (Almaniya millisi) və yayda "Bavariya"dan ayrılacaq Tomas Tuxel.

Qeyd edək ki, Kataloniya klubunun yekun qərarını martın sonuna kimi açıqlayacağı gözlənilir.

0