“Barselona”nın təklifinə rədd cavabı
29.08.2023 - 16:39
“Barselona”nın təklifinə rədd cavabı

“Barselona” futbolçusu Kleman Lanqle ilə yollarını ayırmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu müdafiəçiyə müqaviləyə xitam verilməsini təklif edib.

Belə variantı rədd edən Lanqle klubda qalmağa üstünlük verib. O, illik 12-16 milyon avro qazanmaqdan imtina etməyə razılaşmayıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu “Lion”un maraq dairəsindədir. 
 

0