Batşuayi “Ayntraxt”da - RƏSMİ
04.02.2025 - 00:37
Batşuayi “Ayntraxt”da - RƏSMİ

Omar Marmuşu "Mançester Siti"yə satan "Ayntraxt" heyətini yeni hücumçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Frankfurt təmsilçisi "Qalatasaray"da çıxış edən Mişi Batşuayini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ayntarxt" bu keçid üçün "cimbom"a 3 milyon avro ödəyəcək. Bundan əlavə müqaviləyə şərtə bağlı 500.000 avroluq bonus da əlavə olunub. 

Xatırladaq ki, Mişi Batşuayi mövsümün əvvəlində "Qalatasaray"a keçib.

Qeyd edək ki, Belçika millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0