"Bavariya" almaniyalı futbolçusu ilə yeni sözləşmə imzalayacaq
04.12.2024 - 17:58
"Bavariya" almaniyalı futbolçusu ilə yeni sözləşmə imzalayacaq

"Bavariya" Camal Musiala ilə yeni müqavilə danışıqlarında sona yaxınlaşır.

Apasport.az xəbər verir ki, Münhen təmsilçisi almaniyalı hücumameyilli yarımmüdafiəçi ilə razılıq əldə edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Musiala sözləşməyə qol çəkdikdən sonra klubun ən çox qazanan futbolçusu olacaq. Belə ki, tərəflər arasında 4-5 illik müqavilə imzalanacaq. 21 yaşlı ön xətt oyunçusunun illik maaşı 25 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Bavariya" Camal Musialanı 2019-cu ilin yayında "Çelsi"nin akademiyasından transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa nəhənginin heyətində meydana çıxdığı 18 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.Gənc futbolçunun hazırkı müqaviləsi 2026-cl ilin iyun ayına kimi nəzərdə tutulub.

0