“Bavariya” Levandovski üçün razılaşdı
26.06.2022 - 09:33
“Bavariya” Levandovski üçün razılaşdı

“Bavariya” Robert Levandovski ilə bağlı mövqeyini dəyişib.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu polşalı hücumçunu satmağa razılaşıb.

Münhenlilər “Barselona”ya keçmək istəyən forvardı zorla saxlamaq fikrindən daşınıb. Klub rəhbərliyi onun üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, Levandovskinin xidmətində PSJ də maraqlıdır.
 

0