"Bavariya" rekordunu təkrarlayıb
30.11.2025 - 13:48
"Bavariya" klubu Almaniya Bundesliqasında rekordunu təkrarlayıb.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisi buna XII turda "Sankt-Pauli"ni məğlub etdikləri (3:1) matçda nail olub.
Ölkə çempionu turnirdəki son 20 oyunun hər birində 2 və ya da çox qol vurub.
"Bavariya" 2013/2014 mövsümündə Xosep Qvardiolanın baş məşqçisi olduğu dönəmdə də eyni göstəriciyə imza atıb.
Qeyd edək ki, komanda hazırda 34 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
- “Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab
- DÇ-də istilər də rəqib olacaq – Norveç millisi ilk siqnalı verdi
- İran millisi DÇ üçün ABŞ vizasına müraciət etdi
- “Beşiktaş”dan dünya çempionuna maraq – Təklif göndəriləcək
- Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər”
0
0