"Bavariya" son dəqiqə qolu ilə sevindi
24.02.2024 - 23:57
"Bavariya" son dəqiqə qolu ilə sevindi

Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, "Bavariya" da növbəti marçına çıxıb.

Münhen klubu öz meydanında “Leypsiq”ə 2:1 hesabı ilə qalib gəlib. “Pivəçilər”in hər iki qolunun müəllifi Harri Keyn olub. İngiltərəli hücumçu həlledici topu 90+1-ci dəqiqədə “Leypsiq”in qapısından keçirib.

Qeyd edək ki, "Bavariya” bu qələbə sayəsində liderlə xal fərqini 8-ə endirib.

0