"Bavariya" Xabi Alonso ilə danışıqlara başlayıb
23.02.2024 - 12:57
"Bavariya" Xabi Alonso ilə danışıqlara başlayıb

"Bayer"in baş məşqçisi Xabi Alonso "Bavariya"nın çalışdırıcısı Tomas Tuxeli əvəz edə bilər.

Apasport.az "Sky Sport"a istinadla xəbər verir ki, Maks Eberl rəsmi olaraq "Bavariya"nın idman şurasının yeni üzvü olacaq.

Bildirilir ki, Eberl klubun idman direktoru Kristof Freundla birlikdə Alonsonun namizədliyində israrlı olacaq.

Qeyd olunur ki, Münhen komandası artıq ispaniyalı çalışdırıcı ilə danışıqlara başlayıb. 

Daha əvvəl Tuxelin cari mövsümün sonunda klubu tərk edəcəyi məlum olub. 

0