"Bavariya"dan "Beşiktaş" faciəsini unutduran qələbə
18.09.2024 - 13:13
"Bavariya"dan "Beşiktaş" faciəsini unutduran qələbə

"Bavariya" Zaqreb "Dinamo"sunu darmadağın edərək UEFA Çempionlar Liqasında bir matçda 9 qol vuraraq yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. 

Klub Çempionlar Liqası tarixində 9 qol vuran ilk komanda olub.

"Alman nəhəngi"nin ingilis ulduzu Herri Keyn isə bu oyunda 4 qol vurub və eyni zamanda Çempionlar Liqası tarixində bir matçda 3 penalti vuran ilk oyunçu ünvanına yiyələnib. 

"Bavariya"nın digər qollarını Rafael Qerreyro, Maykl Olise (2), Leroy Sane, Leon Qoretzka vurub.

Qeyd edək ki, buna yaxın hesabla daha çox xatırladğımız Türkiyə təmsilçisi "Beşiktaş"  2007-ci ildə "Liverpul"a 8:0 hesabı ilə məğlub olub. 

0