"Bavariya"nın müdafiəçi planı
25.02.2024 - 17:53
"Bavariya"nın müdafiəçi planı

Alehandro Qrimaldo “Bavariya”nın radarına girib.

Apasport.az xəbər verir ki, Leverkuzen “Bayer”inin müdafiəçisi yayda Münhen təmsilçisinə keçə bilər.

Buna səbəb isə Alfonso Deyvisin “Real” keçmək ehtimalıdır. İddialara görə Deyvis “kral klubu”na gedəcəyi halda onu məhz Qrimaldo əvəzləyəcək.

Qeyd edək ki, bu mövsüm “Bayer” forması ilə 32 matça çıxan 28 yaşlı ispan müdafiəçi 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

0