“Bayer” “Siti”nin futbolçusunu istəyir
29.01.2025 - 01:29
İngiltərə Premyer Liqası komandalarından "Mançester Siti"nin futbolçusu Ceyms makati karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Bayer" ingiltərəli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Almaniya klubu Makatinin keçidi ilə bağlı "Mançester Siti" ilə danışıqlara başlayıb.
Leverkuzenlilər futbolçunu 21 milyon funt-sterlinqlik satınalma bəndi ilə icarəyə götürmək üçün qarşı tərəfə təklif göndərib.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 14 rəsmi matçda 5 qol vurub.
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
- "Çorum" daha bir ulduzu gətirir – 20 milyonluq hücumçu
0
0