"Bayer"dən 48 oyunluq məğlubiyyətsizlik
06.05.2024 - 11:56
"Bayer"dən 48 oyunluq məğlubiyyətsizlik

Bundesliqanın bitməsinə 5 həftə qalmış çempionluğunu elan edən "Bayer" səfərdə "Ayntraxt Frankfurt"u 5:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, bu mövsüm bütün yarışlarda məğlubiyyətsizlik seriyasını 48 matça çatdıran Leverkuzen təmsilçisi xallarını 84-ə çatdırıb. “Ayntraxt Frankfurt” isə 45 xalda qalıb.

Beləliklə, Xabi Alonsonun yetirmələri "Benfika"nın 48 oyunluq məğlubiyyətsizlik rekorduna (1963-cü ilin dekabrından 1965-ci ilin fevralına qədər)  çatıblar. 

0
Bundesliqa Xabi Alonso Bayer Ayntraxt Frankfurt Benfika məğlubiyyətsizlik seriyası