[b]“Belə sürətli komandaya qarşı oynamaq çox faydalıdı” – Sənan Qurbanov[/b]
28.06.2018 - 23:23
[b]“Belə sürətli komandaya qarşı oynamaq çox faydalıdı” – Sənan Qurbanov[/b]

“Bu gün daha sürətli oyun izlədik. Zaqreb “Dinamo”su ilə qarşılaşma bizim üçün yaxşı rəqabət oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

 

38 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın Sloveniyada keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan Xorvatiyanın “Dinamo” klubu ilə yoxlama oyunu barədə fikirlərini gabalafc.az saytına açıqlayıb: “Belə rəqibə, sürətli komandaya qarşı oynamaq çox faydalıdı. Çünki hansı rəqibə qarşı necə oynamaq lazım olduğunu görürük. UEFA Avropa Liqasında da belə komandalarla qarşılaşmışıq. Futbolçular da belə matçlara necə yanaşmaq, necə məşq etmək lazım gəldiyini bilirdilər. Belə rəqiblərlə oynamaq bizim üçün müsbət haldı”.

 

Qurbanov Sloveniya toplanışındakı iki yoxlama oyununa əsasən komandada müsbət dəyişikliklərin olduğunu da qeyd edib: “Komandanın oyununda inkişaf görünür. Futbolçular meydançada daha hərəkətlidir. Ehtiyatda oyunçularımız nisbətən az olduğundan bu gün meydana çıxanlar nisbətən çox yükləndi. Yeni transferimiz Ceyms Adeniyi komandayla məşqlərə başlayıb. Cavid Hüseynov da heyətə döndükdən sonra gücümüzə güc qatacaq. “Dinamo” oyunu iki heyətlə keçirdi. Futbolçularımız 90 dəqiqə rəqibə qarşı düzgün mübarizə apardı. Hesabda geri düşdükdən sonra da futbolçular matçda dönüş yaratmaq üçün çalışdılar, sonadək oyun intizamını pozmadılar. Düzgün mübarizə apardılar. Amma oyunun sonlarında rəqibin sürəti həlledici rol oynadı. “Proqres”lə iyulun 12-də keçiriləcək matçadək komandamızın yaxşı forma yığacağını düşünürəm”.