Belyerinin durumu açıqlandı
28.09.2022 - 14:39
Belyerinin durumu açıqlandı

“Barselona”nın müdafiəçisi Ektor Belyerinin durumuna aydınlıq gəlib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı cinah oyunçusunun həkim müayinəsinin nəticəsi açıqlanıb.

Bildirilib ki, məşq zamanı sol ayaq əzələsindən zədə alan ispaniyalı təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Barselona”ya bu yay keçən Ektor Belyerin cari mövsüm La Liqada 2 oyun keçirib. 

0