Benzema münaqişə yaşadı və məşqi tərk etdi
07.02.2024 - 19:55
Benzema münaqişə yaşadı və məşqi tərk etdi

"Əl-İttihad"ın futbolçusu Kərim Benzemanın kluba qayıdışı xoş alınmayıb.

Apasport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilib ki, o, qayıtdıqdan sonra baş məşqçi Marselo Qalardo ilə münaqişə yaşayıb. Forvard mütəxəssisin qərarı ilə çalışmalara fərdi davam edib. Bu, Benzemanın xoşuna gəlməyib və o, qəzəblənərək məşqi erkən tərk edib.

Xatırladaq ki, yanvarın ortalarında “Əl-İttihad”ın baş məşqçisi Marselo Qalardo fransalını klub bazasına vaxtında gəlmədiyinə görə cəzalandırmışdı.

0