Bernardo Silva “Real”a keçir: MÜQAVİLƏ İMZALANIB
16.06.2026 - 17:52
“Mançester Siti”nin sabiq futbolçusu Bernardo Silva karyerasını “Real”da davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
31 yaşlı portuqaliyalı yarımmüdafiəçi Madrid təmsilçisi ilə müqavilə imzalayıb.
Azad agent statusunda “Real”a keçən Silva 2 illik sözləşməyə qol çəkib. Müqavilədə daha 1 il uzadılma bəndi də yer alıb.
“Real” transferi hələ rəsmən açıqlamayıb.
Qeyd edək ki, Silva 2017-ci ildən “Mançester Siti”nin formasını geyinirdi. O, İngiltərə klubu ilə 6 dəfə Premyer Liqanın, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.
- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
0
0