[b]“Beşiktaş” köhnə oyunçusunu qaytarır[/b]
25.06.2018 - 23:18
“Beşiktaş” hücumçu transferinə hazırlaşır. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Vinsent Abubakarın keçidi həll etmək üzrədir.
Türkiyə mətbuatı iddia edir ki, artıq “Porto” ilə danışıqlar yekunlaşıb və forvard qarşıdakı mövsümü icarə əsasında “Beşiktaş”da keçirəcək. Tərəflərdən rəsmi açıqlama isə gəlməyib.
Qeyd edək ki, Abubakar 2016/17 mövsümünü İstanbul klubunda keçirmiş, meydana çıxdığı 27 oyunda 12 qol vurmuşdu.
0
0