“Beşiktaş”, “Mançester” və... “Hoffenhaym”
08.08.2023 - 21:58
“Beşiktaş”, “Mançester” və... “Hoffenhaym”

“Bernli” növbəti dəfə Vaut Veqhorstu icarəyə verib.

Apasport.az saytı xəbər verir ki, hollandiyalı hücumçu növbəti mövsümü “Hoffenhaym”da keçirəcək.

Qarşıdakı günlərdə 30 yaşlı futbolçu tibbi müayinədən keçərək, rəsmi müqaviləyə imza atacaq. Ötən mövsümün birinci yarısını icarə əsasında “Beşiktaş”da keçirən Veqhorts sonradan “Mançester Yunayted”in təklifindən imtina edə bilməyib. O, “qara qartallar”ın heyətində 11, “qırmızı şeytanlar”ın heyətində isə iki qol vurub.

Qeyd edək ki, “Roma” da Vautun transferində maraqlı idi. Amma hollandiyalı futbolçu karyerasını Almaniyada davam etdirmək qərarına gəlib. 
 

0