“Beşiktaş”da ciddi itki
22.12.2023 - 15:41
“Beşiktaş” daha bir itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, İstanbul klubunun futbolçusu Aleks Oksleyd Çemberlen zədələnib.
Yarımmüdafiəçinin sağ ayağında ciddi zədə aşkar edilib. Klubdan verilən açıqlamada 30 yaşlı futbolçunun həkim nəzarətində olduğu vurğulanır. Onun 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, bu mövsüm “Beşiktaş” forması ilə 22 matça çıxan Aleks aktivinə 4 qol və 1 məhsuldar ötürmə yazdırıb.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0