"Beşiktaş"da yeni baş məşqçinin adına aydınlıq gəlib
10.11.2023 - 22:35
"Beşiktaş"da yeni baş məşqçinin adına aydınlıq gəlib

Burak Yılmazın istefasından sonra Türkiyənin "Beşiktaş" futbol klubuna yeni baş məşqçi gətirilib.

Apasport.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat yayılıb.

"Qara qartallar" bu posta Rıza Çalımbayı təyin edib. O, ikinci dəfə "Beşiktaş"ın baş məşqçisi olaraq bu zifəni icra edəcək. 

60 yaşlı mütəxəssis daha əvvəl 2004/2005 mövsümündə klubun baş məşqçisi olub.

Qeyd edək ki, onun "ağ-qaralar"a rəhbərlik etdiyi birinci dönəmdə klub 31 matça çıxıb, 18 qələbə qazanıb, 8 heç-heçə edib və 5 dəfə məğlub olub.

0