“Beşiktaş”ın istədiyi futbolçu “Napoli”yə keçə bilər
08.08.2024 - 21:34
“Beşiktaş”ın istədiyi futbolçu “Napoli”yə keçə bilər

Transfer pəncərəsində adı “Beşiktaş”la çəkilən “Benfika”nın futbolçusu David Neres İtaliyadan təklif alıb.

Apasport.az xəbər verir ki, “Napoli” futbolçunun xidmətində maraqlıdır. 

Antonio Kontenin də komandasında görmək istədiyi Nereslə 5 illik müqavilə imzalana bilər. Klub 27 yaşlı braziliyalı üçün 23 milyon avrosundan keçməyə hazırdır.

Qeyd edək ki, “Sao Paolo”, “Şaxtyor”, Ayaks”, “Benfika” kimi məşhur klublarda forma geyinən təcrübəli oyunçu karyerası ərzində 281 matça çıxıb, 74 qol vurub, 69 qol ötürməsi edib. 

0