"Betis"in futbolçusu AVRO-2024-ü buraxacaq
21.05.2024 - 12:43
İsko

La Liqa təmsilçilərindən "Sevilya Betis"in və İspaniya millisinin futbolçusu İsko əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb. 

Bu səbəblə yarımmüdafiəçi 2024-cü il Avropa çempionatında iştirak şansını itirib.

Cari İspaniya çempionatında İsko 29 oyun keçirib. 32 yaşlı yarımmüdafiəçi 8 qol və 5 məhsuldar ötürmə edib. La Liqanın son turu öncəsi “Betis” 56 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 

 

0