Bonifeysin "Milan"a keçidi baş tutmayıb
25.08.2025 - 17:12
"Bayer"in hücumçusu Viktor Bonifeysin "Milan"a keçidi baş tutmayıb.
Apasport.az xəbər verir ki, nigeriyalı futbolçu tibbi yoxlanışdan keçə bilməyib.
A Seriyası təmsilçisi 24 yaşlı oyunçunun sağ dizində olan zədəyə görə transferdən imtina edib. Futbolçu Almaniyaya geri qayıdıb.
Qeyd edək ki, "Milan" "Bayer"lə Nigeriya millisinin üzvünü 24 milyon avroluq satınalma bəndi ilə icarəyə götürmək üçün razılıq əldə etmişdi.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0